Nüvə enerjisi son bir neçə ildə əhəmiyyətli irəliləyişlər əldə edib. Təkcə son bir ildə ABŞ-nin nüvə silahlarının yaradılması hədəflərinin irəli aparılmasında, tarixi reaktorların yenidən işə salınmasında və bir neçə yeni reaktorun işə salınmasında mühüm addımlar atılıb.
Bu, yeni iqlim hədəfləri ilə daha da gücləndirilib, bir çox ölkələr öz “yaşıl hədəfləri”nə çatmaq üçün daha yaxşı bərpa olunan enerji mənbələri axtarırlar. Avropada nüvə inkişafı ABŞ-dən bir qədər yavaş olsa da, Rumıniya, Fransa və Bolqarıstan kimi bəzi Avropa İttifaqı ölkələri nüvə layihələrinin alınması və investisiyaların artırılması səylərini sürətləndirib.
Nüvə reaktorları müxtəlif sənaye sahələrində, o cümlədən neft hasilatı, enerji istehsalı, istehsal və duzsuzlaşdırmada istifadə olunur. Həmçinin tədqiqat obyektlərində, Atom Elektrik Stansiyalarında (AES), buzqıran gəmilər və sualtı qayıqlar kimi gəmilərin hərəkətində istifadə olunur. Kiçik miqdarda radioaktiv material saatlar, tüstü detektorları və yapışmayan materiallar kimi bəzi kiçik istehlak mallarında da istifadə olunur.
Son bir neçə il ərzində bir çox nüvə enerjisi şirkətləri sıfır karbonlu enerji istehsalını artırmaq və sənayenin elektrik batareyalarından asılılığını azaltmağa kömək etmək üçün reaktorlarının ölçüsünü azaltmağa çalışırlar. Bu kiçik reaktorların təxminən daşınma qabları ölçüsündə olacağı və mahiyyətcə daha kiçik batareyalar kimi fəaliyyət göstərəcəyi gözlənilir.
Nə üçün nüvə şirkətləri hazırda mikro reaktorlara diqqət yetirirlər?
Mikro reaktorlar təmiz enerji təmin etməyə qadirdir, lakin ənənəvi generatorlardan qat-qat etibarlıdır, çünki illərlə yanacaq doldurmağa ehtiyac duymur. Onlar, həmçinin radioaktiv sızma riskini xeyli azaldan passiv təhlükəsizlik xüsusiyyətləri sayəsində daha təhlükəsiz seçim hesab olunur.
Mikro reaktorlar fabrikdə inşa edilib, daha sonra modullar halında ehtiyac duyulan yerlərə göndərildikləri üçün “söküb taxıla bilən” olmaları ilə yanaşı, daha böyük obyektlərdən çox daha ucuzdurlar. Mikroreaktorlar, həmçinin suyun duzsuzlaşdırılması, mərkəzi istilik sistemi, hərbi bazalar və s. kimi bir sıra məqsədlər və sənaye sahələrində tətbiq oluna bilər.
Onlar işlətmək və ya texniki qulluq həyata keçirmək üçün sahədə hər hansı bir işçi və ya nəzarət otağı tələb etmir ki, bu da sektorlar arasında daha avtonom əməliyyatlara imkan verir, eyni zamanda əmək xərclərini azaldır. Nüvə enerjisi şirkətlərinin hazırda mikro reaktorlara üz tutmasının əsas səbəblərindən biri qlobal karbonsuzlaşdırma səylərinə kömək etmək məqsədilə qaz və dizel kimi qalıq yanacaqlardan istifadə edən ənənəvi generatorları əvəz etməkdir.
Hazırda belə qaz və dizel generatorları kənd təsərrüfatı, istehsal, səhiyyə, tikinti, təhsil, nəqliyyat və müdafiə kimi bir çox sektorlarda istifadə olunur. Onlar, həmçinin dəniz neft və qaz qazma platformaları və məlumat mərkəzləri kimi yerlərdə istifadə olunur. Buna görə də nüvə mikro reaktorlarına keçid bu sənayelərə karbon emissiyalarını və "ayaq izlərini" ən azı qismən azaltmağa kömək edə bilər.
Mikro reaktorlar mədən sənayesindəki istifadəsi daha qabarıq hala gəldikcə də populyarlıq qazanır. Hazırda mədənlərin əksəriyyəti qazıntılar üçün əsas enerji mənbəyi kimi dizeldən istifadə edir. Bu həm baha başa gəlir, həm də ətraf mühiti çox çirkləndirir. Lakin mikro reaktorlar təmiz enerji mənbələri və uzun işləmə müddətləri sayəsində bu problemlərin hər ikisinin öhdəsindən gələ bilir.
Mikro reaktor inqilabına rəhbərlik edən əsas şirkətlərdən biri “eVinci” mikro reaktorunu inkişaf etdirməyə çalışan “Westinghouse Nuclear” şirkətidir. Bunun 8 ildən çox müddətə yanacaq doldurma tələb etmədən təxminən 5 meqavat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Məqsəd universitetlər, ucqar icmalar, məlumat mərkəzləri, sənaye mərkəzləri və müdafiə əməliyyatları kimi yerləri təhlükəsiz, karbonsuz və genişlənə bilən enerji ilə təmin etməkdir. Bundan əlavə, bu reaktorlar hidrogen istehsal etmək gücünə də malik olacaq.
Nüvə enerjisinin əsas istiqamətə çevrilməsi yolunda hələ də maneələr var
Nüvə enerjisi qlobal iqlim məqsədlərinə çatmaqda təsirli addımlar atsa da, hələ də ciddi əks-təsirlərlə üzləşir. Narahatlığa səbəb olan əsas məsələlərdən biri də radioaktiv tullantıların əmələ gəlməsi və bir çox hallarda onların lazımi qaydada utilizasiya olunmamasıdır. Bu, növbəti bir neçə il ərzində bu tullantıların su təchizatı və torpaq kimi əsas resursları çirkləndirəcəyi təqdirdə insan və ətraf mühitin sağlamlığı üçün risklərlə bağlı artan qorxulara səbəb olub.
Çernobıl faciəsi və “Fukuşima” AES qəzası kimi nüvə fəlakətlərinin riskləri də haqlı olaraq yeni və mövcud nüvə layihələrinə qarşı çıxanların əksəriyyətini sövq edib. Digər əsas narahatlıq davam edən geosiyasi gərginliyi daha da gücləndirə biləcək nüvə silahının yayılması riskidir. Digər risklər arasında ağciyər xərçənginin artması ilə mübarizə aparan uran mədənçiləri də var.
Bununla belə, nüvə enerjisi üçün ən böyük maneələrdən biri olan və mikro reaktor istehsalına təsir edəcəyi gözlənilən nüvə reaktorunun tikintisinin dəyəri çox vaxt milyardlarla dollara çata bilər. Mikro reaktorlar ənənəvi nüvə reaktorlarından xeyli ucuz başa gəlsə də, onlar hələ də əhəmiyyətli investisiya tələb edir və hələ çox inkişaf etmiş bazara malik deyil. Bu vəziyyət xüsusilə indiki qeyri-müəyyən iqtisadi vəziyyətdə investorların tapılmasını çox çətinləşdirir.
Dəyanət Ağalarlı
Ordu.az